İmtahan nəticələri AÇIQLANDI

10:54 - 23 İyun 2026 - Xəbər

DİM tərəfindən keçirilən peşə tanınması imtahanının nəticələri açıqlanıb.

Bu barədə Ucnoqta.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, imtahan 16 iyunda DİM tərəfindən keçirilib, imtahanda iştirak etmək üçün 145 namizəd qeydiyyatdan keçib, onlardan 115-i imtahanda iştirak edib, yalnız 16 nəfər keçid balını toplayıb.

20 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 13,91% təşkil edib. Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 57 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri, başqa sözlə, cəmi 17.54%-i uğurlu nəticə əldə edib. Beləliklə, “Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 82.46 %-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Eyni zamanda, “Mühəndislik” ixtisası üzrə peşə tanınması imtahanında 48 nəfər iştirak edib, namizədlərdən yalnız 3 nəfəri, başqa sözlə, cəmi 6.25%-i uğurlu nəticə əldə edib. Nümunə olaraq, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 100%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Həmçinin, “Müəllimlik” ixtisası üzrə peşə tanınması imtahanında 10 nəfər iştirak edib, onlardan yalnız 3-ü uğurlu nəticə əldə edib. Beləliklə, “Müəllimlik” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 70%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Xəbər xətti