Messi Dünya Çempionatı tarixində ən çox qol vuran oyunçu oldu

21:42 - 22 İyun 2026 - İDMAN

Argentina milli futbol komandasının hücumçusu Lionel Messi Dünya Kuboku qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı oyunda qol vuraraq turnirdə yeni rekorda imza atdı.

Ucnoqta.az xəbər verir ki, bu qol Messinin Dünya Kubokunda vurduğu 17-ci qol oldu. O, 2014-cü ildən bəri siyahıya başçılıq edən Almaniya millisinin keçmiş hücumçusu Miroslav Klozeni (16) geridə qoydu.

Xəbər xətti