İbrahimoviç Belçika-İran matçı zamanı yatdı

10:18 - 22 İyun 2026 - İDMAN

Beşqat İtaliya çempionu İsveçli Zlatan İbrahimoviç Belçika-İran Dünya Kuboku matçı zamanı yuxuya gedib.

Ucnoqta.az bildirir ki, o, bu barədə ekspert kimi çalışdığı Fox kanalında məlumat verib.

"Birinci hissədə az qala yuxuya gedəcəkdim. İkinci hissədə isə əslində yuxuya getmişdim. Bu matç haqqında başqa deyəcək bir şey yoxdur", - İbrahimoviç deyib.

İran-Belçika matçı ABŞ-ın İnqlvud şəhərində baş tutub və 0-0 hesabı ilə başa çatıb. Müdafiəçi Natan Nqoyun meydandan qovulması səbəbindən Belçika 66-cı dəqiqədən etibarən on nəfərlə geridə qalıb.

Xəbər xətti