Qətərdə zavodda partlayış

00:00 - 22 İyun 2026 - DÜNYA

Qətərin əsas mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələrinin yerləşdiyi Dohanın şimal-şərqindəki Ras Laffan Sənaye Bölgəsindəki bir zavodda partlayış baş verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə Əmirliyin Daxili İşlər Nazirliyi məlumat verib.

"Ras Laffan Sənaye Bölgəsindəki bir zavodda lokal partlayış baş verib. Mülki Müdafiə qüvvələri hadisə ilə məşğul olur; xəsarət alan və ya sızma barədə məlumat verilməyib", nazirliyin açıqlamasında bildirilib.

Xəbər xətti