İnfantino oyundan sonra İran millisinin soyunma otağına baş çəkib

10:23 - 16 İyun 2026 - İDMAN

FİFA prezidenti Canni İnfantino Dünya Kubokundakı ilk oyunundan sonra İran milli komandasının soyunma otağına baş çəkib və oyunçulara müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

"Bugünkü oyun çətin idi və daha çox şans olsaydı, qalib gələ bilərdiniz. Amma sizin daha iki oyununuz var və bu iki oyunda bir daha dünyanı etdiyiniz işlərlə fəxrləndirəcəksiniz. Nələrdən keçdiyinizi bilirəm, başa düşürəm, amma siz ən güclüsünüz. Bütün dünyaya mesaj göndərirsiniz. Bu gecə bütün stadionu ətrafınızda birləşdirdiniz. Bunu dünyaya göstərdiniz və güclü bir mesaj göndərdiniz. Çox sağ olun", - İnfantino deyib.

İran milli komandası həmçinin qrup mərhələsində Belçika (21 iyun) və Misir (27 iyun) ilə oynayacaq.

Xəbər xətti