İran milli komandası Dünya Çempionatı tarixində ən yaşlı heyəti meydana çıxarıb.
Ucnoqta.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatında Belçikaya qarşı ikinci tur qrup mərhələsi matçında start heyətində yer alan İran oyunçularının orta yaşı 32 il 181 gün olub.
Yalnız üç İran oyunçusu 30 yaşdan kiçik olub: müdafiəçi Saleh Hardani (27 il 177 gün), hücumçu Məhəmməd Mohebi (27 il 183 gün) və yarımmüdafiəçi Səid Ezzatollahi (29 il 263 gün).
Əvvəlki rekord 1998-ci ildən bəri Almaniya millisinə məxsus idi. İrana qarşı qrup mərhələsi matçında start heyətində yer alan oyunçuların orta yaşı 31 il 334 gün idi.