"Real Madrid" Rüdiger ilə müqaviləni uzatdı

13:31 - 16 İyun 2026 - İDMAN

İspaniyanın "Real Madrid" futbol klubu alman müdafiəçi Antonio Rüdigerin müqaviləsini uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Oyunçunun yeni müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

33 yaşlı Rüdiger 2022-ci ilin iyul ayından "Real Madrid"də oynayır. Ötən mövsüm o, komandanın heyətində müxtəlif yarışlarda 26 oyun keçirib və bir qol vurub.

Xəbər xətti