Əhəd Məmmədov kollecə direktor təyin olundu

10:33 - 22 İyun 2026 - Xəbər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar həyata keçirilib.

Bu barədə Ucnoqta.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib

Əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Xəbər xətti