ABŞ-İran danışıqları gecə boyu davam edib

11:18 - 22 İyun 2026 - DÜNYA

ABŞ-İran anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı intensiv danışıqlar Bürgenştokda gecə boyu vasitəçilər arasında davam edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Qeyd olunur ki, isveçrəli koordinator 21-22 iyun tarixlərində Bürgenştokda vasitəçilər, İran və ABŞ arasında davam edən intensiv diplomatik danışıqlar zamanı əldə edilən konstruktiv irəliləyişi alqışlayır. Bern "bu prosesi xoşməramlı xidmətlər ənənəsinə uyğun olaraq dəstəkləməyə" hazır olduğunu bir daha təsdiqləyib.

Xəbər xətti