Rubio bu həftə Bəhreyn, Küveyt və BƏƏ-yə səfər edəcək

19:20 - 22 İyun 2026 - DÜNYA

ABŞ Dövlət Katibi Marko Rubio bu həftə əsasən Vaşinqton-Tehran razılaşmalarının həyata keçirilməsini müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), Küveytə və Bəhreynə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.

Dövlət Katibinin yaydığı yazılı açıqlamaya görə, ABŞ Dövlət Katibi, digər məsələlərlə yanaşı, "İranla anlaşma memorandumunun həyata keçirilməsi, Hörmüz boğazında tam, sərbəst və təhlükəsiz naviqasiyanın təmin edilməsi səyləri və regionda sülh və sabitliyin əhəmiyyəti"ni müzakirə edəcək. Səfər iyunun 23-dən 25-dək davam edəcək. Bəhreyndə Rubio həmçinin Körfəz Əməkdaşlıq Şurasındakı həmkarları ilə çoxtərəfli görüşdə iştirak edəcək.

Xəbər xətti