Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları artıq Dərnəgüldə də dayanır.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat xidməti məlumat yayıb.
"Rayonlara getmək üçün artıq Bakı Dəmiryol Vağzalına və ya digər ən yaxın stansiyaya gəlməyə ehtiyac yoxdur", - deyə ADY-nin Mətbuat Xidmətindən əlavə edilib.