İsrail özünü elan etmiş bölgənin müstəqilliyini tanıdıqdan qısa müddət sonra Somaliland ərazisinə təxminən 50 hərbiçi göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Somali hökumətinin rəsmisinə istinadən Hiiraan Online portalı məlumat yayıb.
Nəşrin mənbəyinə görə, bu məlumat Somali kəşfiyyat hesabatlarında yer alıb.
Mənbə iddia edir ki, əsasən Afrika mənşəli, xüsusən də Efiopiyalı qoşunlar Somaliland ərazisinə yerləşdirilmək üçün "diqqəti cəlb etməmək və yerli əhali arasında seçilməmək üçün" seçilib.