Qətər hakimiyyəti Ras Laffan sənaye zonasında baş verən partlayışda 12 Hindistan vətəndaşının öldüyünü təsdiqləyib.
Ucnoqta.az bildirir ki, bu barədə Dohadakı Hindistan səfirliyi məlumat verib.
"Qətər hakimiyyəti dünən gecə Ras Laffanda baş verən hadisədə 12 Hindistan vətəndaşının təəssüf ki, həyatını itirdiyini təsdiqləyib. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk", - deyə Hindistan diplomatik nümayəndəliyi bildirib.
Qətər hakimiyyətinin məlumatına görə, hadisədə yaralananların hamısının vəziyyəti sabitdir və lazımi tibbi yardım alırlar.