Tramp raket istehsalını artırmaq üçün Pentaqon və müdafiə şirkətlərini toplayır

00:00 - 23 İyun 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə Pentaqon rəhbərliyini və Amerikanın əsas müdafiə şirkətlərini raket və digər sursatların istehsalını sürətləndirmək məsələsini müzakirə etmək üçün bir araya gətirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp müdafiə sənayesini İranla münaqişə səbəbindən tükənmiş Amerika silah ehtiyatlarını daha tez doldurmağa çağırmaq niyyətindədir.

Görüşdə müdafiə nazirinin müavini Stiven Feynberq, eləcə də "Lockheed Martin", "RTX", "Boeing", "L3Harris", "Northrop Grumman" və "Honeywell Aerospace" şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

Qəzet qeyd edir ki, Pentaqon əvvəllər istehsalçılarla "Patriot" və "Tomahawk" raketlərinin istehsalını artırmaq üçün ilkin razılaşmalar əldə etmişdi, lakin bu proqramlar üçün tam maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib.

"Wall Street Journal"ın məlumatına görə, Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün büdcə layihəsində "Patriot", "Standard Missile" və "THAAD" raketləri də daxil olmaqla 12 növ vacib sursatın istehsalını genişləndirmək üçün 52,9 milyard dollar istəyib.

Xəbər xətti