Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasındakı münaqişənin dərhal atəşkəs elan edilməsini və sülh yolu ilə həllini dəstəkləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqrian bildirib.
"Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasındakı müharibəyə ən qısa zamanda son qoymaq üçün atəşkəsə və danışıqlar yolu ilə həllə nail olmağa sadiqdir. Təcili atəşkəsin vaxtı gəlib çatıb. İndi Rusiya və Ukraynanın danışıqlar masasına qayıtması və sülh razılaşmasına nail olması vaxtıdır", - deyə amerikalı diplomat Qərb ölkələrinin tələbi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.