Ankarada ictimai tədbirlər və dron uçuşları qadağan edilib

00:02 - 23 İyun 2026 - DÜNYA

Ankara hakimiyyəti iyul ayında keçiriləcək NATO sammiti ilə əlaqədar əlavə təhlükəsizlik və nəzarət tədbirləri tətbiq edərək, bütün ictimai tədbirləri, mitinqləri və dron uçuşlarını 13 gün müddətinə qadağan edib.

Ucnoqta.az bildirir ki, bu barədə Ankara Vilayət Valiliyi məlumat verib.

Hakimiyyət orqanları bildirib ki, 7-8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək 36-cı NATO sammitinə hazırlıq məqsədilə həm sammitin təhlükəsizliyini, həm də ictimai asayişin qorunmasını təmin etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülüb.

İstənilən pilotsuz uçuş aparatlarının əyalət hava məkanında uçuşları 28 iyun 2026-cı il, saat 00:00-dan 10 iyul 2026-cı il, saat 23:59-dək 13 gün müddətində qadağandır. İstisnalar yalnızayrıca icazə ilə edilir.

Eyni tarixlərdə "hər hansı görüşlər, nümayişlər, mətbuat açıqlamaları, aclıq aksiyaları, oturma aksiyaları, etiraz aksiyaları, mitinqlər, tribunalar, çadırlar qurmaq, vərəqələr və broşürlər paylamaq, plakatlar və bannerlər asmaq həm açıq, həm də qapalı ərazilərdə qadağandır."

Xəbər xətti