İordaniya millisi üçün DÇ-2026 bitdi

09:21 - 23 İyun 2026 - İDMAN

Argentina J qrupunda birinci yeri tutaraq Dünya Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı.

Ucnoqta.az xəbər verir ki, bu, Əlcəzairin İordaniya üzərində 2-1 hesablı qələbəsindən sonra təsdiqlənib. 

Qrup mərhələsində Argentina Əlcəzairi (3-0) və Avstriyanı (2-0) məğlub edib, hər iki komanda üç xalla ikinci və üçüncü yerləri tutub. 28 iyunda keçiriləcək son matçında Argentina artıq pley-offa yüksəlmək şansını itirən İordaniya ilə qarşılaşacaq. Nəticədən asılı olmayaraq, Argentina Əlcəzair və Avstriyanı qabaqlayaraq birinci olacaq.

Xəbər xətti