Yanğınsöndürənlər ABŞ-da tullantı emalı zavodunda baş verən yanğınla bir neçə saatdır ki, mübarizə aparırlar.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Hyuston Yanğınsöndürmə İdarəsi sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, iki yüz yanğınsöndürən yanğını söndürmək üçün çalışır. Havadakı hissəciklərin səviyyəsi təhlükəsiz səviyyədə qalır. Hadisə nəticəsində heç kim xəsarət almayıb.