2026-cı il FİFA Dünya Çempionatının I qrupunun ikinci matçında Fransa millisi İraq yığması ilə qarşılaşıb. Lakin Filadelfiya stadionunda keçirilən oyun güclü yağış və ildırım səbəbindən uzun müddət dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, Fransa İraqı 3-0 hesabı ilə məğlub edərək 1/32 finala yüksəlməsini təmin edib.
İlk hissənin sonlarına doğru yağış gücləndikcə tribunadakı bəzi azarkeşlər örtülü ərazilərə keçdilər. Hissənin sonunda stadion rəsmiləri güclü ildırım çaxacağı barədə xəbərdarlıqdan sonra tribunaların boşaldılmasını tələb etdilər. Oyun 2 saat dayandırıldı.
Hakim təhlükəsizlik və meteoroloji məlumatlara əsasən ikinci hissəyə başlamadı. FİFA qaydalarına görə, ildırım və şimşək təhlükəsi səbəbindən matçın dayandırılması zərurəti yaranıb. Təxminən iki saatlıq dayanmadan sonra ikinci hissə başlayıb.