17 yaşlı oğlan Kürdə batdı

19:51 - 16 İyul 2024 - HADİSƏ

Zərdabda 17 yaşlı oğlan Kürdə batıb.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Çayda batan rayon sakini Səid Məmmədəliyevdir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Səid Məmmədəliyevin hansı şəraitdə və necə batması barədə hələlik məlumat yoxdur.

Hazırda axtarışlar davam etdirilir.

Xəbər xətti