"Qarabağ" cavab oyununda da məğlub oldu

22:37 - 28 Avqust 2024 - İDMAN

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" Xorvatiyanın "Dinamo" komandası ilə cavab oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"suna 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, Xoravtiyadakı oyun da rəqibin 3:0 qələbəsi ilə bitmişdi.

"Qarabağ" Avropa Liqasında oyunu davam etdirəcək.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2 

Qollar: Marko Pyaça, 33 (0:1), Mateus Silva, 54-avtoqol (0:2)

Qırmızı vərəqə: Kevin Medina, 88 ("Qarabağ", ikinci sarı vərəqə)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

VAR: Stüart Attvell

İlk oyun - 0:3

Xəbər xətti