Saatlıda ata ehtiyatsızlıqdan2 yaşlı oğlunu avtomobillə öldürüb

09:29 - 13 Sentyabr 2024 - HADİSƏ

Saatlıda ata avtomobili arxaya verərkən iki yaşlı oğlunu öldürüb.

Ucnoqta.az xəbər verir ki, 1992-ci il təvəllüdlü, Saatlı rayon sakini Əskərov Elşən Seyfulla oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi "VAZ 21061" markalı avtomobil ilə yaşadığı evin həyətindən çıxdığı vaxt arxaya sürərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun avtomobilin altında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Xəbər xətti