ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Çinlə çox yaxşı ticarət müqavilələri bağladığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Amerika lideri ABŞ və Çinin "fantastik ticarət müqavilələri" bağladığını bildirib. O, müqavilələrin təfərrüatlarını açıqlamayıb.
Jurnalistin Çinə səfərindən necə zövq aldığını soruşduqda, Ağ Ev rəhbəri baş barmağını qaldırıb.