Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin ediləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
Bildirilib ki, bayram günləri ilə əlaqədar 27, 28, 29, 30 və 31 may tarixlərində qeyd edilən marşrutlar üzrə əlavə reyslər təyin ediləcək.
Qeyd edilib ki, Bakı-Qəbələ qatarları saat 17:20, Qəbələ-Bakı qatarları saat 19:00-da yola düşəcək. Həmçinin Bakı-Ağstafa qatarları saat 08:30-da, Ağstafa-Bakı qatarları isə saat 17:20-də yola düşəcək.