NBA-nın keçmiş oyunçusu 47 yaşında vəfat edib

08:44 - 13 May 2026 - HADİSƏ

Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Ceyson Kollins 47 yaşında vəfat edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Kollins səkkiz ay ərzində beyin şişinin aqressiv forması ilə mübarizə aparıb. Ona IV mərhələ qlioblastoma diaqnozu qoyulub.

Kollins 2001-ci ildə NBA-da keçirilən draftda "Houston Rockets" tərəfindən ümumilikdə 18-ci seçilib.

Xəbər xətti