Məhkəmə Boliviyanın keçmiş prezidenti barədə həbs qərarı verib

00:18 - 12 May 2026 - DÜNYA

Boliviyanın Tarija departamentindəki məhkəmə, keçmiş prezident Evo Moralesin təqsirləndirilən şəxs olduğu insan alveri işi üzrə dinləməyə gəlməməsi səbəbindən həbs qərarı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat verib.

Qəzet Tarija Regional Məhkəməsinin sədri Luis Esteban Ortizin sözlərinə istinadən bildirib ki, "Dinləmələr bərpa tarixi göstərilmədən dayandırılıb, çünki dinləmələrin başlaması üçün onlar saxlanılmalı və ya könüllü şəkildə iştirak etməlidirlər".

Dinləmələr 11 mayda başlayıb. Nə Morales, nə də digər təqsirləndirilən şəxslər məhkəməyə gəlməyiblər.

Xəbər xətti