Pakistanda partlayış zamanı ən azı 12 polis əməkdaşı həlak olub - Reuters

11:50 - 10 May 2026 - DÜNYA

Pakistanın şimal-qərbindəki Bannu şəhərində avtomobil partlayışı nəticəsində 12 polis əməkdaşı həlak olub.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə mənbələrə istinadən məlumat yayıb.

Adı çəkilməyən hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, avtomobil polis bölməsinin yaxınlığında partlayıb. Partlayışın şübhəlisi ilə atışma baş verib.

Hadisə nəticəsində daha üç polis əməkdaşı yaralanıb və xəstəxanaya aparılıb. Əlavə məlumat verilməyib.

Xəbər xətti