Pakistanın şimal-qərbindəki Bannu şəhərində avtomobil partlayışı nəticəsində 12 polis əməkdaşı həlak olub.
Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə mənbələrə istinadən məlumat yayıb.
Adı çəkilməyən hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, avtomobil polis bölməsinin yaxınlığında partlayıb. Partlayışın şübhəlisi ilə atışma baş verib.
Hadisə nəticəsində daha üç polis əməkdaşı yaralanıb və xəstəxanaya aparılıb. Əlavə məlumat verilməyib.