Trump Media ilk rübdə 400 milyon dollardan çox zərər edib

22:16 - 9 May 2026 - DÜNYA

Truth Social sosial şəbəkəsinə sahib olan Trump Media & Technology Group 2026-cı ilin ilk rübündə 405,9 milyon dollar zərərlə üzləşib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bloomberg-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın media qrupunun maliyyə itkiləri əsasən kriptovalyutalardakı itkilərlə bağlıdır.

Qeyd olunur ki, fevral ayının sonunda şirkət bu kriptovalyutanın qiyməti 70.000 dollardan aşağı olduqda 2000 bitkoin satıb.

Agentliyin məlumatına görə, lakin 2025-ci ilin oktyabr ayında rekord qiymət - 126.000 dollar qeydə alınıb.

Xəbər xətti