Şamaxıda kürəkən qayınatasını öldürüb, qayınanasını yaraladı

08:09 - 13 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni, 1995-ci il təvəllüdlü Şeydayev Elbrus Eldəniz oğlu saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti