Gürcüstan parlamenti LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edir

16:25 - 17 Sentyabr 2024 - DÜNYA

Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda plenar iclasda LBGT təbliğatına qadağa və cinsiyyətin dəyişdirilməsi ilə bağlı qanun qəbul edib.

Ucnoqta.az xəbər verir ki, iclas qanunverici orqanın internet saytında canlı yayımlanıb.

 

İmza üçün prezident Salome Zurabişviliyə göndəriləcək qanunun lehinə 84 deputat səs verib.

Heç kim buna qarşı çıxmadı. Parlamentarilər paketə daxil olan digər təşəbbüsləri də üçüncü oxunuşda qəbul ediblər.

Xəbər xətti