İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənub-şərqi Bşamun ətraf ərazisinə hava hücumu həyata keçirib və nəticədə ən azı iki nəfər həlak olub.
Ucnoqta.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunur ki, hücum bir yaşayış binasını hədəf alıb və iki nəfərdən əlavə, daha beş nəfər yaralanıb. Bildirilir ki, itkilərin sayı arta bilər.