Ötən gün 45 cinayətin üstü açılıb - 37 nəfər saxlanılıb

10:04 - 24 Mart 2026 - ÖLKƏ İÇİ

Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

 ⁠Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Xəbər xətti