İsrail İranda 3000-dən çox hədəfə zərbələr endirib

12:00 - 24 Mart 2026 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri İslam Respublikasına qarşı əməliyyatın əvvəlindən bəri İranda 3000-dən çox müxtəlif hədəfə hücum edib.

Ucnoqta.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

Məlumata görə, zərbələr fasiləsiz davam edib. Bazar ertəsi günü İsrail Hərbi Hava Qüvvələri onlarla qırıcı təyyarənin iştirakı ilə Tehrana daha bir kütləvi hücum həyata keçirib.

İMQ bildirib ki, bir neçə hərbi qərargah, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusunun iki kəşfiyyat komandanlıq mərkəzi və Kəşfiyyat Nazirliyinin qərargahı zərbə alıb.

Xəbər xətti