İran BƏƏ-dən təzminat tələb edib

10:45 - 19 Mart 2026 - DÜNYA

İran BƏƏ-dən ABŞ-ın öz ərazisindən İslam Respublikasına endirdiyi zərbələr nəticəsində dəyən ziyana görə təzminat tələb edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.

Məktubda qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq arenadakı qanunsuz hərəkətləri onların beynəlxalq hüquqi məsuliyyətinə səbəb olub və İrana dəyən bütün maddi və qeyri-maddi itkilərə görə kompensasiya da daxil olmaqla, təzminat tələb edir.

Xəbər xətti