İsrail Müdafiə Qüvvələri (İMQ) İrandan raket atılmasını aşkarlayıb.
Ucnoqta.az xəbər verir ki, İsrail ordusu bu barədə Telegram kanalında məlumat yayıb.
"Daha əvvəl İMQ İrandan İsrailə doğru atılan raketləri aşkar edib. Müdafiə sistemləri təhlükəni dəf etmək üçün işləyir", - deyə məlumatda bildirilir.
Ynet portalı raketlərin İsrailin mərkəzinə doğru atıldığını bildirir. Həyəcan siqnalları səsləndirilib.