Sumqayıtda 20 yaşlı fəhlə faciəli şəkildə ölüb

13:57 - 17 Sentyabr 2024 - HADİSƏ

Sumqayıt şəhərində 20 yaşlı fəhlə iş zamanı yüksəklikdən yıxılaraq ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov iş zamanı yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti