Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qərar qəbul edilib.
Qeyd edək ki, bu vəzifəyədək F.Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edirdi.