Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki silahlı münaqişə səbəbindən "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin və onun aviadaşıyıcı qrupunun Aralıq dənizinə yerləşdirilməsini əmr edib.
Ucnoqta.az xəbər verir ki, dövlət başçısı bunu Yelisey Sarayının mətbuat xidməti tərəfindən yayımlanan xalqa televiziya ilə müraciətində açıqlayıb.
"Dəyişkən vəziyyət və yaxın gələcəklə bağlı qeyri-müəyyənlik nəzərə alınmaqla, mən "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin, onun təyyarələrinin və onu müşayiət edən freqatların Aralıq dənizinə üzməsini əmr etdim", - Makron deyib.