Bağdad Hava Limanı yaxınlığında bir neçə partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziyası məlumat yayıb.
Mənbələrinə görə, hava limanının yaxınlığında yerləşən və ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq alyansın qüvvələri tərəfindən istifadə edilən hərbi bazaya hücum edilib. Potensial ziyan barədə hələlik məlumat yoxdur.