Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə qurumu və təşkilatı, həmçinin 49 enerji şirkəti iştirak edəcək.
Görüşdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Sessiyalar arasında Nazirlər Sessiyası, Cənub Qaz Dəhlizi Sessiyası və yaşıl enerji layihələrinin növbəti mərhələsinin irəlilədilməsi müzakirə olunacaq.
Məşvərət Şurası çərçivəsində Aİ-Azərbaycan Yaşıl Bağlantı İnvestisiya Dəyirmi Masası da keçiriləcək. Tədbirin sonunda hər iki Nazirlər Görüşünün nəticələrinə dair mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Görüşü 2015-ci ilin fevral ayından etibarən keçirilir.