ABŞ-nin Peşəvərdəki Baş Konsulluğu fəaliyyətini dayandırıb

00:04 - 3 Mart 2026 - DÜNYA

Pakistanın Peşəvərdəki ABŞ Baş Konsulluğu ABŞ və İsrailin İrana hücumlarına qarşı ölkəni bürüyən etirazlar fonunda fəaliyyətini dayandırıb.

Ucnoqta.az bildirir ki, bu barədə İslamabaddakı ABŞ səfirliyi məlumat verib.

Diplomatik missiyanın veb saytında verilən açıqlamaya görə, Karaçi və Lahordakı ABŞ Baş Konsulluqları da 3 mart tarixinə planlaşdırılan bütün viza və digər iş görüşlərini ləğv edib. İslamabaddakı ABŞ səfirliyinin Konsulluq Bölməsi çərşənbə axşamı fəaliyyətini bərpa edəcək.

ABŞ səfirliyi və Pakistandakı konsulluq məntəqələri işçilərinin hərəkətinə məhdudiyyətlər tətbiq edib. Onlar ölkədəki ABŞ vətəndaşlarına ayıq-sayıq olmağı və izdihamlı yerlərdən çəkinməyi tövsiyə ediblər.

Xəbər xətti