Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək

13:09 - 2 Mart 2026 - ÖLKƏ İÇİ

Elm və təhsil naziri Emin Əmrullayev 11 mart tarixində Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 6 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Xəbər xətti