Bəhreyndəki hərbi bazaya hücum zamanı Britaniya qoşunları İranın atəşinə məruz qalıb.
Ucnoqta.az xəbər verir ki. bunu Britaniya müdafiə naziri Con Hili BBC-yə verdiyi müsahibədə açıqlayıb.
"Bəhreyndəki hərbi bazaya raket və dronlarla hücum edilən 300 Britaniya əsgəri var. Onlardan bəziləri zərbədən bir neçə yüz metr məsafədə idi", - deyə o bildirib.
Hili həmçinin iddia edib ki, İran Akrotiridəki Britaniya hava bazasının yerləşdiyi "Kipr istiqamətində" raketlər atıb.
O əlavə edib ki, Böyük Britaniya son həftələrdə Yaxın Şərqdəki hərbi bazalarında təhlükəsizliyi gücləndirib.