ABŞ və İsrail nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr şəhərinə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, İranın ən vacib dəniz limanının yerləşdiyi Bəndər Abbas şəhərinə də hücum edildiyi bildirilib. Tehranda da iki partlayış baş verib.
Öz növbəsində, İran İsrailə doğru ikinci raket dalğası atıb və ölkənin hava hücumundan müdafiə sistemləri fəaliyyətdədir. Vətəndaşlardan sığınacaqda qalmaları, xəstəxanalardan isə planlı cərrahiyyə əməliyyatlarını təxirə salmaları istənilib.