BMT Təhlükəsizlik Şurasının 2 martda keçiriləcək iclasına ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp sədrlik edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fox News məlumat verib. ABŞ-nin birinci xanımı sosial media hesabında bu məqaləyə keçid yerləşdirərək məqalənin həqiqiliyini təsdiqləyib.
BMT Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyi 1 martdan etibarən bir ay müddətinə ABŞ-a keçəcək.
Fox News qeyd edir ki, bu, ABŞ administrasiya rəhbərinin və ya hər hansı bir dünya liderinin həyat yoldaşının BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi ilk dəfə olacaq.
Melaniya Trampın qarşıdan gələn BMT Təhlükəsizlik Şurasının iclasında qlobal sülhün təmin edilməsində təhsilin və maarifləndirmənin əhəmiyyəti mövzusunda çıxış etməsi gözlənilir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts da birinci xanımın Təhlükəsizlik Şurasında çıxış etmək planlarını təsdiqləyib. Onun sözlərinə görə, Melaniya Tramp iclasa sədrlik edəcək.