Tanınmış hüquqşünas Səfər Qafar oğlu Baxşiyev dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, Səfər Baxşıyev Biləsuvarda müxtəlif vəzifələrdə çalışıb. Daha sonra rayon icra hakimiyyətində hüquqşünas, Biləsuvar Rayon Məhkəməsində hakim işləyib.
Uzun sürən xəstəlikdən sonra vəfat edən S.Baxşıyev 1952-ci il oktyabrın 28-də Biləsuvar rayonunun İsmətli kəndində anadan olub.
O, 30 ildən artıq müddətdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi rayonda vəkil fəaliyyəti göstərib.