Sumqayıt şəhərində qatar "KamAZ"la toqquşub.
Ucnoqta.az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Quba yolununun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.
Hərəkətdə olan qatarla "KamAZ" markalı yük avtomobili toqquşması nəticəsində yük maşını aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.