Şəmkirdə maşınlar toqquşub - xəsarət alanlar var

08:47 - 18 Sentyabr 2024 - HADİSƏ

Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, "Niva" və digər markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti