İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

12:31 - 19 Sentyabr 2024 - Xəbər

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 89 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti